Gürcüstan və Türkiyə hökumətləri arasında bir neçə sənəd imzalanıb

Gürcüstan və Türkiyə hökumətləri arasında bir neçə sənəd imzalanıb
# 20 iyul 2016 02:30 (UTC +04:00)

Bakı-APA. Ankarada Gürcüstan və Türkiyə hökumətləri arasında bir neçə sənəd imzalanıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, imzalanan memorandumlar sərmayələrin cəlb olunması, nəqliyyatın inkişafı, habelə, əmək, sosial müdafiə və probasiya sahəsində əməkdaşlığın genişləndirilməsi kimi istiqamətləri əhatə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Nazirlər Kabinetinin bir neçə üzvü Türkiyədə bir günlük işgüzar səfərdədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR