Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit aparılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit aparılıb
# 29 iyun 2016 16:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin və Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Sudan istifadə edənlər birliklərinin inkişafına dəstək” layihəsi üzrə vəsaitlərdən istifadəsinə dair auditin nəticələri müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. İclasda Hesablama Palatasının cari ildə nəzarət tədbirlərinin nəticələri üzrə göndərilmiş təqdimatların icra vəziyyəti ilə bağlı məlumat dinlənilib, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR