İstanbulda avtoparkda güclü yanğın baş verib

İstanbulda avtoparkda güclü yanğın baş verib
# 11 aprel 2016 02:32 (UTC +04:00)

Bakı-APA. İstanbulda avtobus parkında güclü yanğın baş verib.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, avtobusların birində əmələ gələn yanğın digər nəqliyyat vasitələrinə keçib.


Hadisə nəticəsində 4 avtobus tamamilə yararsız hala düşüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını lokallaşdıraraq söndürüblər. Zərərçəkən yoxdur.


İnsidentin başvermə səbəbləri bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR