Ağstafada ərzaq mağazası yarılıb

Ağstafada ərzaq mağazası yarılıb
# 24 fevral 2016 07:08 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunda ərzaq mağazasından oğurluq edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəsəbə sakini Məsim Hüseynovun mağazasının elektrik enerjisini kəsərək qapının kilidini qırıb içəriyə daxil olublar. Səhər saatlarında mağazanı açan M. Hüseynov dükanın yarıldığını görüb.

Mağazadan təxminən 400 manatlıq müxtəlif ərzaq məhsulları, siqaret və spirtli içki aparılıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR