Ukraynada iki sərnişin avtobusu toqquşub, 20 nəfər xəsarət alıb

Ukraynada iki sərnişin avtobusu toqquşub, 20 nəfər xəsarət alıb
# 12 mart 2016 01:33 (UTC +04:00)

Bakı – APA. Ukraynada iki avtobusun toqquşması nəticəsində 20-dən çox sərnişin xəsarət alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Lvov vilayətinin Çervonoqrad şəhəri yaxınlığında qeydə alınıb.

Yerli polisin bildirdiyinə görə, qəza avtobuslardan birinin digərinin yoluna çıxması nəticəsində baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR