Pedro Aqramunt: “Dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə, sabitliyinə təhlükədir”

Pedro Aqramunt: “Dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə, sabitliyinə təhlükədir”
# 09 fevral 2016 15:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Şərq sərhədlərimizdə dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə və sabitliyinə real təhdid törədir”.

APA-nın xəbərinə görə, bu sözləri AŞPA prezidenti Pedro Aqramunt Bolqarıstanın paytaxtı Sofiyada keçirilən milli parlamentlərin xarici işlər komitələri sədrlərinin konfransında deyib. “Barışıq və Avropanın birləşməsi prosesi 1989-cu ildə başladı, lakin fikir ayrılıqları son bir neçə ildə yarandı”, - deyə o, qeyd edib.

AŞPA prezidenti beynəlxalq terrorizm, qaçqın böhranı, sağçı və solçu populizm, millətçilik, demokratik dəyərlərin və insan haqlarının boğulması kimi faktorların qarşılıqlı anlaşmaya mane olduğunu diqqətə çatdırıb: “Bizim gücümüz dəyərlərimizə əsaslanan birliyimizdir və Bolqarıstanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində bu ideyanı şüar kimi seçməsinin simvolik əhəmiyyəti var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR