Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib

Kristiano Ronaldo  BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
# 03 iyun 2016 01:19 (UTC +04:00)

Bakı-APA. İspaniyanın "Real" futbol klubunun hücumçusu, Portuqaliya milli komandasının üzvü Kristiano Ronaldo Birləşmiş Millətlər Təşkilatının (BMT) xeyriyyə fonduna 600 min avro ianə edib. Apasport.az saytının məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb.

Bildirilib ki, “Real”ın hücumçusu bu vəsaiti Çempionlar Liqasında qalibiyyətə görə alıb.

Portuqaliyalı ulduz agenti Jorje Mendeşə bu yardımın təyinatı üzrə istifadə olunmasına nəzarət etməyi də tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR