Afaq Əliyeva: “Bu il Azərbaycana Afrikadan gələn bir nəfərdə malyariya aşkarlanıb”

Afaq Əliyeva: “Bu il Azərbaycana Afrikadan gələn bir nəfərdə malyariya aşkarlanıb”
# 12 may 2016 10:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - “Bakıda keçirilən Beynəlxalq Sivilizasiyalararası Dialoq Forumunda iştirak edən Afrika ölkələrindən gələn bir nəfərdə malyariya xəstəliyi aşkarlanıb”.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, həmin şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. A. Əliyeva bildirib ki, afrikalı əcnəbi müalicəsini başa çatdırandan sonra ölkəsinə qayıdıb: “Azərbaycanda 2013-cü ildən malyariya ləğv olunub. Ölkədə bu xəstəliklə bağlı yerli yayılma halları yoxdur. Lakin Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə tropik ölkələrdən, xüsusilə Afrikadan gələn şəxslərin bir-iki nəfərində qeydə alınır. Bakıya gələn vətəndaşlara hər hansı bir xəstəlik qeydə alınarsa, onlar ciddi nəzarətə götürülərək müalicə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR