Rusiyada "Suriya Kürdüstanı"nın nümayəndəliyi açıla bilər

Rusiyada "Suriya Kürdüstanı"nın nümayəndəliyi açıla bilər
# 20 oktyabr 2015 02:39 (UTC +04:00)

Bakı-APA. Rusiyada “"Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər.

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya xarici işlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.

Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya xarici işlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.

Öz növbəsində, türk diplomatik mənbələrindən “Kommersant”-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR