Yaponiya ilə Azərbaycanın həyata keçirdiyi beş kredit layihəsindən dördünün icrası başa çatıb

Yaponiya ilə Azərbaycanın həyata keçirdiyi beş kredit layihəsindən dördünün icrası başa çatıb
# 07 mart 2016 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əməkdaşlığa başlandığı dövrdən bu günə kimi Azərbaycan və Yaponiya hökuməti ümumi məbləği 110 mlrd. 311,6 mln. yapon yeni (təqribən 917 mln. ABŞ dolları) məbləğində 5 kredit sazişi imzalayıb.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bunlardan ümumi məbləği 77 mlrd. 460,6 mln. yapon yeninə (təqribən 643,9 mln. dollar) bərabər olan 4 kredit sazişinə əsasən maliyyələşdirilmiş 4 layihənin icrası başa çatıb. Ümumi məbləği 32 mlrd. 851 mln. yapon yeni (təqribən 273 mln. dollar) təşkil edən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası isə davam etdirilir. İcrası başa çatan layihələrin üçü elektroenergetika, biri isə kimya sənayesi sahəsini əhatə edir.

Əməkdaşlığın ilk günündən bu günədək Yaponiya hökuməti tərəfindən Azərbaycan hökumətinə ümumi məbləği 68,24 mln. dollar təşkil edən 23 qrant (texniki yardım) ayrılıb. Qrant yardımları səhiyyə, təhsil, mədəniyyət, idman, nəqliyyat, kənd təsərrüfatı, elektroenergetika, suvarma və meliorasiya sahələrində layihələri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR