Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb

Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
# 06 oktyabr 2016 08:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.

O qeyd edib ki, sayın artımı gözlənilir, çünki qəbul hələ davam edir.

Qeyd edək ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR