Qazaxda mağazalardan oğurluq edən iki nəfər tutulub

Qazaxda mağazalardan oğurluq edən iki nəfər tutulub
# 27 may 2016 09:25 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazax rayonunda mağazalardan oğurluq edən Gürcüstan vətəndaşları saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gürcüstan vətəndaşı, 1994-cü il təvəlüldlü Elnur Əliyev və onun xalası oğlu Ceyhun Nəsibov Qazaxda 2 mağazadan pul, mobil telefon və danışıq kartları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar və əməllərini etiraf ediblər. Onların sahibkarlara 1000 manatdan çox ziyan vurduqıarı məlum olub.

Saxlanılan şəxslər Qazaxdan əvvəl Bakıda da oğurluq etmək istədiklərini deyiblər.


Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR