Saakaşvili Ukraynanın Rio 2016-dakı çıxışından narazı qalıb

Saakaşvili Ukraynanın Rio 2016-dakı çıxışından narazı qalıb
# 22 avqust 2016 10:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna yığmasının Rio Olimpiadasında əldə etdiyi nəticəni “faciəvi” adlandırıb.

APA-nın məlumatına görə, Odessa qubernatoru qazanılan medalların sayından razı qalmadığını bəyan edib.

“Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka, habelə potensialı və idmançıların sayına görə Ukraynadan aşağı olan digər ölkələr qabaqladılar. Ukraynadan 10 dəfə az idmançısı olan Gürcüstan belə təxminən Ukrayna qədər medal qazanıb”.

M. Saakaşvili qeyd edib ki, qazanılan medallar Ukraynanın nəhəng idman potensialını əks etdirmir: “Adətən belə məğlubiyyətdən sonra idman naziri istefaya getməlidir. Lakin bunun baş verəcəyini güman etmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR