Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb
# 21 sentyabr 2015 10:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Xəzər rayonunun Türkan qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov münaqişə zəminində həmyerlisi İlham Muradova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş İ.Məmmədov orada ölüb.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Əli Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR