Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti rüşvət aldığını etiraf edib

Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti rüşvət aldığını etiraf edib
# 08 oktyabr 2016 02:15 (UTC +04:00)

Bakı-APA. FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti Eduardo Li 1 milyon dollar məbləğində rüşvət aldığını etiraf edib.

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, E.Li futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.

2015-ci ildə saxlanılan Eduardo Li ABŞ-a ekstradisiya edilib.

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR