Tovuz rayon sakinini ilan sancıb

Tovuz rayon sakinini ilan sancıb
# 02 avqust 2016 11:42 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 1990-cı il təvəllüdlü Maşallah Tağıyev ilan sancma xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, M. Tağıyev su arxında olan zaman ilan onun ayağından sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR