Sankt-Peterburqda itkin düşmüş azərbaycanlı qadının həyat yoldaşı şübhəli şəxs qismində saxlanılıb

Sankt-Peterburqda itkin düşmüş azərbaycanlı qadının həyat yoldaşı şübhəli şəxs qismində saxlanılıb
# 26 may 2016 13:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu ilin 22 aprel tarixində Sankt-Peterburqda itkin düşmüş 23 yaşlı azərbaycanlı Gülnar Həbibovanın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın “Komsomolskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Saxlanılan şəxs G. Həbibovanın həyat yoldaşı, 32 yaşlı Samir Həbibovdur.

O da bildirilir ki, qadının meyiti hələlik tapılmayıb.

Xatırladaq ki, Gülnar və Samir Həbibovlar 15 aprel tarixində ailə həyatı qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını bildirib və telefonunun söndürüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR