Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb

Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb
# 02 mart 2016 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb. Bu barədə APA-ya məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.

F. Mehdiyev bildirib ki, bu gün F. Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Nəsimi rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR