Əfv sərəncamı 1 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv sərəncamı 1 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
# 29 dekabr 2015 07:27 (UTC +04:00)

Çin səfirliyinin əməkdaşını oğurlayan şəxs də azad olunanlar arasındadır

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 1 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

APA-nın məlumatına görə, sərəncama əsasən, müəssisədə cəza çəkən 3 məhkum azadlığa buraxılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı - Rauf Bəndəliyev, Mobil Hüseynov, biri isə Çin vətəndaşı Ye Çan Bindir.

Ye Çan Bin Çin səfirliyinin əməkdaşını oğurlamaqda, əvəzində ondan külli miqdarda pul tələb etməkdə təqsirləndirilib. O, cəzasının 8 ilini çəkməkdən azad olunub.

Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR