Tovuzda atasını döyüb öldürən şəxs tutulub

Tovuzda atasını döyüb öldürən şəxs tutulub
# 28 sentyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb. İlham hadisə yerində ölüb.


Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR