Ukraynada Azərbaycan diaspor fəalı yeni vəzifəyə təyin olunub

Ukraynada Azərbaycan diaspor fəalı yeni vəzifəyə təyin olunub
# 22 avqust 2016 15:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynada Azərbaycan diasporunun fəalı yeni vəzifəyə təyinat alıb.

Birləşmiş Ukrayna Azərbaycan Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, qurumun və Ukrayna Millətlər Assambleyasının Nikolayev vilayəti üzrə nümayəndəsi Anar Axundov şəhər meriyasının millətlər üzrə baş müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A. Axundov daha əvvəl meriyanın Azsaylı xalqlar departamentinin sədri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR