İrana casusluqda ittiham olunan şəxslərin şikayəti təmin edilməyib

İrana casusluqda ittiham olunan şəxslərin şikayəti təmin edilməyib
# 29 mart 2016 08:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti verərək cəzanın azaldılmasını istəyiblər.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR