Çexiya yığmasına Azərbaycanla görüşə 19 futbolçu çağırılıb

Çexiya yığmasına Azərbaycanla görüşə 19 futbolçu çağırılıb
# 27 sentyabr 2016 12:05 (UTC +04:00)

Bakı – APA. Çexiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibi oktyabrda keçiriləcək 2 matça dəvət alan futbolçuların siyahısını müəyyənləşdirib.

Yığmanın baş məşqçisi Karel Yarolim heyəti bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Onlar sentyabrın 8-də Almaniya, 11-də Azərbaycanla seçmə oyunlarına 19 futbolçu çağırıb. Mütəxəssis sonradan bu heyətə əlavələrin mümkünlüyünü də istisna etməyib.

Qapıçılar: Tomaş Vaçlik (“Bazel”, İsveçrə), Tomaş Kubek (“Slovan”), Yaroslav Drobnı (“Verder”, Almaniya);

Müdafiəçilər: Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse (“Verder”, Almaniya), Marek Suşi (“Bazel”, İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka);

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi “Sparta”), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Yiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela (hər ikisi“Viktoriya”), Yan Sikora (“Slovan”);

Hücumçular: Matey Vidra (“Derbi”, İngiltərə), Patrik Şik (“Sampdoriya”, İtaliya), Vatslav Kadlets (“Sparta”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR