Deputat məcburi köçkünlərlə görüşüb

Deputat məcburi köçkünlərlə görüşüb
# 22 aprel 2016 12:04 (UTC +04:00)

Bakı - APA. Millət vəkili Novruz Aslanov aprelin 21-də İsmayıllı şəhərində məcburi köçkünlərin yaşadığı massivdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə sakinlərlə görüş keçirib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüşdə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Novruz Aslanov sakinlər qarşısında çıxış edərək dövlətin məcburi köçkünlər üçün yaratdığı şəraitdən, güzəştlərdən söhbət açıb, qaçqın və məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qayıdacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR