Quba. Vəli Turan – APA. Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba Rusiya federasiyası dövlət sərhədi yolunun 157-ci km-də 99 EK 110 dövlət nömrə nişanlı “Ford tranzit” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticəsində maşında olan iki qardaş ağır bədən xəsarətləri alıb. Onlardan Anar Ağayev aldığı xəsarətdən ölüb, Arzuman Ağayevin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.