Müsavat Partiyası seçkiqabağı təşviqat mitinqi keçirib

Müsavat Partiyası seçkiqabağı təşviqat mitinqi keçirib
# 25 oktyabr 2015 13:57 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 25-də Müsavat Partiyası Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda seçkiqabağı təşviqat mitinqi keçirib.

APA-nın məlumatına görə, mitinqdə Müsavat Partiyasından Milli Məclisə namizədliyi irəli sürülmüş şəxslər, onların vəkilləri, habelə partiyanın funksionerləri, fəalları və üzvləri iştirak ediblər.


Seçkiqabağı təşviqat aksiyasında çıxış edən partiya funksionerləri Müsavatdan olan namizədlərin seçki platforması barədə mitinq iştirakçılarına məlumat veriblər və seçiciləri fəal olmağa, həmin namizədlərə səs verməyə çağırıblar.

Hər hansı insidentin qeydə alınmadığı aksiyada 500-ə yaxın adam iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR