FHN Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

FHN Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
# 27 may 2016 14:42 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 27 may 2016-cı il tarixində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademiyanın inzibati binasının akt zalında təşkil olunan tədbiri açan hərbi təhsil müəssisənin rəis müavini, polkovnik Afət Qurbanov iştirakçıları Respublika Günü münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə tədbir iştirakçılarına məlumat verən Akademiyanın rəis müavini müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud olduğu qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən danışıb.

Toplantıda çıxış edən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində müstəsna yeri var. O, məhz buna görə də Tarix İnstitutunda Xalq Cümhuriyyəti adlı bir şöbə açıldığını qeyd edib və ötən müddət ərzində Cümhuriyyət tarixi ilə bağlı bir sıra ölkələrin dövlət arxivlərindən vacib sənədlərin toplandığını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR