Bakıda Rusiya vətəndaşı qəza törədib, 1 nəfər ölüb

Bakıda Rusiya vətəndaşı qəza törədib, 1 nəfər ölüb
# 10 may 2016 11:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Rusiya vətəndaşı qəza törədib, 1 nəfər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Şirxan Süleymanovun idarə etdiyi “Kia” və Rusiya Federasiyası vətəndaşı Absalutdin Qasanbekovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Süleymanovun sərnişini, paytaxt sakini Fərhad Kamilov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR