Qəbələdə dağda köməksiz qalmış 3 nəfər xilas edilib

Qəbələdə dağda köməksiz qalmış 3 nəfər xilas edilib
# 02 sentyabr 2016 13:07 (UTC +04:00)

Bakı – APA. Qəbələ rayonunda yüksək dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Onlar vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR