Türkiyədə baş nazir aparatının 18 əməkdaşı saxlanılıb

Türkiyədə baş nazir aparatının 18 əməkdaşı saxlanılıb
# 19 avqust 2016 18:43 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevrilişə cəhddən sonra aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Ankara prokurorluğunun apardığı istintaqın nəticəsi olaraq həbs ediliblər.

Aralarında baş nazir aparatının mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurdan sonra məhkəməyə təhvil veriləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR