Respublika Seysmoloji Xidmət Mərkəzi və Milli Aviasiya Akademiyası əməkdaşlığa başlayır

Respublika Seysmoloji Xidmət Mərkəzi və Milli Aviasiya Akademiyası əməkdaşlığa başlayır
# 06 noyabr 2015 06:12 (UTC +04:00)

Bakı-APA. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSMX) ilə Azərbaycan Milli Aviasiya Akademiyası arasında elmi əlaqələr genişləndiriləcək.

RSMX-nin informasiya şöbəsindən APA-ya bildirilib ki, Milli Aviasiya Akademiyasının Elmi tədqiqat nəqliyyat və aviakosmik problemləri institutunun (ETNAPİ) direktoru, akademik Bahadur Tağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar həmçinin mərkəzin Monitorinq Mərkəzinə də baş çəkiblər. Qonaqlara baş verən zəlzələlər, onların qeydiyyatı, telemetrik stansiyaların işi və alınmış materialların emalına dair ətraflı məlumat verilib.

Görüşdə AMEA nəzdində RSXM və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın dərinləşdirilməsi və birgə elmi tədqiqatların aparılmasının gələcək perspektivləri müzakirə olunub.

müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR