Novruz Məmmədov: “Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq aləmdə öz sözünü deməyə qadirdir və bunu ustalıqla edir”

Novruz Məmmədov: “Azərbaycan kiçik dövlət olsa da, beynəlxalq aləmdə öz sözünü deməyə qadirdir və bunu ustalıqla edir”
# 11 mart 2016 15:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bakıda keçirilən bu forumda dünyada gedən proseslərə, hamını narahat edən hadisələrə münasibət bildirməyə, onların həlli yollarının tapmaq uğrunda səylərimizi birləşdirməyə çalışdıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, bu, çox mühüm bir hadisədir: “Düşünürəm ki, Azərbaycanın belə bir qlobal forumu təşkil etməsi, dünyaya təqdim etməsi böyük hadisədir. Forum Azərbaycanın dünyada sabitliyin, təhlükəsizliyin təminatına, davamlı inkişafın təmin olunmasına böyük töhfəsidir.

Düşünürəm ki, Azərbaycan bunu etməyə layiqdir. Azərbaycan prezidentinin də dünən çıxışında dediyi kimi, Azərbaycan belə bir çətin dünyada, yaxın 25 il ərzində çətin situasiyada bu qədər uğurlar qazanıb. Bizim bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir. Onunla bağlı dünyanın, beynəlxalq təşkilatların, qurumların mövqeyi haqqında danışdım. Yenə də deyirəm, Azərbaycan bu gün kiçik dövlət olsa da, beynəlxalq aləmdə, dövlətlərarası münasibətdə gedən proseslərə öz təsirini göstərməyə, öz sözünü deməyə qadirdir və bunu çox böyük ustalıqla, bacarıqla edir. Dünyanın da buna ehtiyacı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR