NİDA üzvü barəsində həbs qətimkan tədbiri seçilib

NİDA üzvü barəsində həbs qətimkan tədbiri seçilib
# 15 avqust 2016 15:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı saxlanılıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR