“Aztelekom”un Beynəlxalq Telefon Stansiyasında baş vermiş texniki nasazlıq aradan qaldırılıb

“Aztelekom”un Beynəlxalq Telefon Stansiyasında baş vermiş texniki nasazlıq aradan qaldırılıb
# 17 may 2016 17:36 (UTC +04:00)

Bakı – APA. Bu gün günorta saatlarında “Aztelekom” MMC Beynəlxalq Stansiyasında yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb.

APA-nın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olub.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur. Ən son texniki imkanlara malik olan stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

Mövcud olan hazırkı stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR