Şəmkirdə maşın aşıb, 1 nəfər ölüb

Şəmkirdə maşın aşıb, 1 nəfər ölüb
# 01 oktyabr 2016 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 18 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində rayon sakini Babək Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Elşad Namazov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR