Qaxda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Qaxda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2016 19:48 (UTC +04:00)

Qax. Vüqar Heydərov – APA. Qaxda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Qax rayonu Oncallı kənd sakini, 1967-ci il təvəllüdlü Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi “VAZ 21063” markalı 10 OR 592 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu Zəyəm kənd sakini İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi “Opel Vectra ” markalı 34 BC 987 dövlət nömrə nişanlı minik avtomobili Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində qarşı-qarşıya toqquşub.

Qəzadan sonra “VAZ 21063” markalı maşının sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

***

19:23

Qax. Vüqar Heydərov – APA. Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə yolun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfərin hadisə yerində öldüyü, bir nəfər isə ağır xəsarət aldığı bildirlib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Qax rayonunun Zəyəm kənd sakni, 1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov isə hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində təhqiqat başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR