Göyçayda avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

Göyçayda avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb
# 20 dekabr 2015 16:32 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay şəhərində avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Rayonun Bığır kənd sakini Bədirov Əflatun Bədrəddin oğlu 23-BG-505 dövlət nömrə nişanlı “VAZ 2108” markalı minik avtomobili ilə idarəetməni itirərək yolun kənarındakı hasara və ağaca çırpıb.

Hadisə zamanı “VAZ 2108” markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da hasar dağılıb, küçənin içməli su borusu qırılıb, avtomobil yarasız hala düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR