Ombudsman Elmira Süleymanova Balakəndə ictimai dinləmələr keçirib

Ombudsman Elmira Süleymanova Balakəndə ictimai dinləmələr keçirib
# 31 may 2016 12:26 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Ombudsman Elmira Süleymanova Balakən rayonunda ictimai dinləmələr keçirib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş ictimai dinləmələrdə Balakən rayon İcra Hakimiyyəti aparatının, rayonun məhkəmə, prokurorluq, polis, orqanlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbiri açaraq ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu, bu sahədə əsas sənədlərdən olan MFP-nin icrası üzrə ictimai dinləmələrin də keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində çıxış edən Ombudsman Elmira Süleymanova ölkədə həyata keçirilən demokratik hüquqi və sosial-iqtisadi islahatlar barədə məlumat verib. İnsan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Konfransda qanunvericiliyin öyrənilməsi, məhkəmə qərarlarının icrası sahəsində çətinliklər, əhalini narahat edən əsas məsələlər də dinlənilib.

Səfər çərçivəsində Müvəkkil müraciət edən şəxsləri qəbul edib, bəzi müraciətlər yerində həll edilib və ya araşdırılmaq üçün icraata götürülüb.

Elmira Süleymanova günün ikinci yarısında Qax rayonunda ictimai dinləmələr keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR