ABŞ-da 3 nəfər “Ermina” qasırğasının qurbanı olub

ABŞ-da 3 nəfər “Ermina” qasırğasının qurbanı olub
# 06 sentyabr 2016 04:09 (UTC +04:00)

Bakı-APA. ABŞ-da tüğyan edən “Ermina” qasırğası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Karolina ştatının rəsmiləri bildirib.

Güclü külək yüz minlərlə ev və müəssisələri elektrik enerjisiz qoyub, yerüstü nəqliyyatın hərəkətini iflic edib. Hava şəraiti ilə əlaqədar ABŞ-da ənənəvi Əmək gününə həsr olunan konsert və bayram tədbirləri ləğv edilib. Florida, Nyu-cersi, Corciya, Şimali Karolina, Virciniya, Merilend və Delaver ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR