Zakir Həsənov Londonda 80 ölkənin müdafiə nazirlərinin qatıldığı görüşdə iştirak edir

Zakir Həsənov Londonda 80 ölkənin müdafiə nazirlərinin qatıldığı görüşdə iştirak edir
# 08 sentyabr 2016 10:05 (UTC +04:00)

Bakı – APA. Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edir.

Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon təşəbbüsü ilə təşkil olunub. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.

Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR