Rusiya FTX Ukraynanın Krımda planlaşdırdığı terror aktının qarşısını aldığını açıqlayıb - YENİLƏNİB

Rusiya FTX Ukraynanın Krımda planlaşdırdığı terror aktının qarşısını aldığını açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 10 avqust 2016 15:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən Krımda planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, FTX-nin məlumatında bildirilir ki, terror aktı Krımda vacib infrastruktur və yaşayış yerlərində planlaşdırılıb.

“Məqsəd seçkilərə hazırlıq prosesində və seçkilərin keçirilməsi zamanı yarımadada sosial-siyasi vəziyyəti qarışdırmaq olub. Diversiya qrupu avqustun 7-nə keçən gecə Armyansk rayonunda aşkar edilib. Diversantlar saxlanılan zaman atışmada FTX-nin bir əməkdaşı həlak olub. Toqquşma baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları 20 ədəd əldəqayırma partlayıcı vasitə, xüsusi silahlar, döyüş texnikası aşkar ediblər”, - deyə məlumatda qeyd olunur.

Açıqlamada o da bildirilir ki, avqustun 8-nə keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları diversiya terror qrupunun daha iki müdaxilə cəhdinin qarşısını alıblar. Bu zaman da daha bir rus hərbçisi həlak olub.

Hazırda Krımda təhlükəsizlik tədbirləri gücləndirilir.

Ukrayna isə kəşfiyyatçılarının Krıma daxil olmaq cəhdi ilə bağlı ittihamları rədd edib.

“interfax.ua”nın məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müşaviri Yuriy Tandit bunu yalan informasiya adlandırıb: “Ukrayna öz ərazisini zəbt etmir və güc yolu ilə geri qaytarmır. Bunu heç zaman da etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR