Böyük Qafqaz və Lənkəran ərazilərində geokimyəvi cəhətdən anomal landşaft kompleksləri aşkarlanıb

Böyük Qafqaz və Lənkəran ərazilərində geokimyəvi cəhətdən anomal landşaft kompleksləri aşkarlanıb
# 25 dekabr 2015 08:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda ilk dəfə olaraq Böyük Qafqaz və Lənkəran ərazilərində geokimyəvi cəhətdən anomal landşaft kompleksləri aşkar olunub.


APA-nın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun 2015-ci illə bağlı hesabatında qeyd edilib ki, “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması” (2015-2017) proqramı çərçivəsində tədqiqatlar AMEA Coğrafiya İnstitutunun əməkdaşları ilə birgə aparılıb.

Tədqiqatlar zamanı ilk dəfə olaraq Böyük Qafqaz və Lənkəran ərazilərində geokimyəvi cəhətdən anomal landşaft kompleksləri aşkar olunub və həmin komplekslərdə mikro, makro və radioaktiv elementlərin konsentrasiyası müəyyən edilib. Bu ərazilərdə təbii radiasiya fonu öyrənilib, anomal zonalardan qamma-spektrometrik analiz üçün nümunələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR