"Bank Silk Way" I rübdə 5,5 mln. manat mənfəət əldə edib

"Bank Silk Way" I rübdə 5,5 mln. manat mənfəət əldə edib
# 23 iyun 2016 09:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il aprelin 1-ə "Bank Silk Way" ASC-də aktivlərin həcmi 374,962 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35,6% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 53,2% artaraq 344,001 mln. manat olub.

I rübün sonuna bankın öhdəlikləri 262,385 mln. manat təşkil edir. Bankın depozit portfeli hesabat dövrü ərzində 59,8% artaraq 145,554 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 1,9% artaraq 112,577 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,4% artaraq 101,545 mln. manat təşkil edib.

"Bank Silk Way" hesabat dövrünü 5 mln. 466,39 min manat məbləğində mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR