İmişlidə evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb - VİDEO

İmişlidə evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 10:37 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda evlərdən silsilə oğurluq edən şəxs tutulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oğurluq faktı İmişli şəhər sakini Pərviz Allahverdiyev rayon Polis Şöbəsinə müraciət edərək evindən oğurluq edildiyini bildirib.

Daxil olan müraciət əsasında əməliyyat tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Cahangirov Tuqay Ağəli oğlu isti izlərlə saxlanılıb. Həmçinin araşdırma zamanı saxlanılan şəxsin İmişli şəhərində törətdiyi digər oğurluqlar da məlum olub. Belə ki, onun iyun ayında İmişli sakini Abdullayev Elman Madər oğlunun evindən 2000 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 50 manat pul oğurladığı aşkarlanıb. Bununla yanaşı, T. Cahangirov oktyabr ayında da Əsgərova Təranə Ceyhun qızına məxsus mənzilin boş olduğunu bilib oradan da müxtəlif ev əşyalarını oğurlayıb.

Saxlanılan şəxsin daha əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə də məhkumluq həyatı yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR