Bakıda qohumunu bıçaqlayan şəxs tutulub

Bakıda qohumunu bıçaqlayan şəxs tutulub
# 17 oktyabr 2015 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qohumunu bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da Xətai rayonu ərazisində Bakı şəhər sakini Elməddin Mustafayev xuliqanlıq zəminində qohumu Səlimxan Eyvazova kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. S.Eyvazov xəstəxanaya yerləşdirilib.

Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR