Putin: "Ötən il 14,5 milyard dollarlıq silah və hərbi texnika ixrac etmişik"

Putin: "Ötən il 14,5 milyard dollarlıq silah və hərbi texnika ixrac etmişik"
# 29 mart 2016 17:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. 2015-ci ildə Rusiya 14,5 milyard dollarlıq hərbi təyinatlı məhsullar ixrac edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlığa dair prezident komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, bu rəqəm nəzərdə tutulan göstəricidən çoxdur: “Rusiya döyüş silahlarının dünya bazarına çıxarılması baxımından dünya ölkələri arasında ikinci yeri tutur. Bununla yanaşı Rusiya özündən sonrakı ölkələrdən xeyli irəlidədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR