Ümid Partiyasının DSK-da məşvərət səs hüquqlu üzvlərinin qeydiyyatı ləğv oluna bilər

Ümid Partiyasının DSK-da məşvərət səs hüquqlu üzvlərinin qeydiyyatı ləğv oluna bilər
# 24 oktyabr 2015 13:03 (UTC +04:00)

APA-nın məlumatına görə, MSK 77 saylı Astara Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Taleh Əliyev, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Aytəkin İmranovanın namizədliklərinin müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayılıb, müvafiq DSK-ların qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, müzakirələr zamanı MSK sədri Məzahir Pənahov 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş A. İmranovanın DSK-ya təqdim etdiyi imza vərəqələrində həyatını itirmiş 13 nəfərin adının əksini tapdığını nəzərə çatdırıb və ilk dəfədir ki, bu sayda həyatını itirmiş insanın adının imza vərəqələrində yer aldığını qeyd edib. A. İmranova isə həmin insanların adlarının imza vərəqələrinə necə düşməsindən xəbəri olmadığını vurğulayıb.

MSK 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş və deputatlığa namizədliyi qeydə alınmış Günel Səfərovanın DSK-da məşvərətçi səs hüquqlu üzvlər təyin etmək səlahiyyətinin olmaması barədə 21 saylı Nəsimi Birinci DSK-nın qərarını qüvvədə saxlayıb. Müzakirələr zamanı qeyd edilib ki, Seçki Məcəlləsinə əsasən namizədliyi siyasi partiya tərəfindən irəli sürülmüş namizəd o halda məşvərətçi hüquqlu üzv təyin edə bilər ki, həmin partiyanın irəli sürdüyü namizədlərin 60 və ya 60-dan çoxu qeydə alınsın. G. Səfərova bildirib ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin DSK-ya təyin etdiyi məşvərətçi səs hüquqlu üzvləri DSK-da qeydə alınıb. M. Pənahov isə deyib ki, əgər bu fakt doğrudursa, 35 saylı Xətai DSK-nın Ümid Partiyasının irəli sürdüyü məşvərətçi səs hüquqlu üzvləri qeydə alması qanunsuzdur və MSK bu qanunsuzluğu aradan qaldırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR