Misir Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirilib

Misir Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirilib
# 18 mart 2016 13:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.

Misir Mədəniyyət Mərkəzindən APA-ya verilən məlumata görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi tələbələri salamlayaraq, onlara Mərkəzin fəaliyyət istiqamətləri, Misirin tarixi və turizmi haqqında məlumat verib.

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini maraqlandıran suallara cavab verən Əhməd Sami Elaydi tələbələr üçün Misirin turizm zonalarında istehsalat təcrübəsi keçmək imkanları barədə də məlumat verib.

Görüşün sonunda Mədəniyyət Mərkəzinin rəhbəri və tələbələr arasında bir sıra təkliflərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR