Gürcüstan prezidenti Qardabaniyə səfər edib

Gürcüstan prezidenti Qardabaniyə səfər edib
# 14 aprel 2016 13:01 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonuna səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident azərbaycanlıların təhsil aldığı Qaracalar kənd orta məktəbində olub. O, öncə birincilər oxuyan sinifə daxil olub və onların gürcü dilini necə öyrənmələri ilə maraqlanıb. Sonra dövlət başçısı məktəblilərin özfəaliyyət rəqs qrupunun nümayiş etdirdiyi rəqslərə baxıb. G. Marqvelaşvili artıq 3 aydır məktəbdə həyata keçirilən dövlət dilinin öyrədilməsi layihəsi ilə maraqlanıb. Layihə prezidentin dəstəyi və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Hazırda kursda yaşından asılı olmayaraq, 60-dək kənd sakini dövlət dilini öyrənir.

“Bu, bizim dövlət dilimizdir. Bu barədə Gürcüstan Konstitusiyasında da yazılıb. Qafqaz tarixində azərbaycanlılar dostluğa sadiq insanlar kimi tanınıb. Mən çox şadam ki, onlar dövlətimizi dəstəkləyir və onun dilini öyrənirlər”, - deyə G. Marqvelaşvili bildirib.

Qaracalar kənd orta məktəbində 662 şagirdə 54 müəllim dərs deyir. Məktəb 3 mərtəbə və 30 sinif otağından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR