Göyçayda mağazalardan oğurluq edən şəxslər tutulub

Göyçayda mağazalardan oğurluq edən şəxslər tutulub
# 08 fevral 2016 09:50 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay şəhərində və kənddə 3 ərzaq mağazasından pul və qida məhsulları oğurlayan üç nəfər tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 27-də Ləkçiplaq kənd sakini Samir Məmmədova məxsus mağazadan 260 manat pul və 740 manatlıq ərzaq məhsulları oğurlayan rayon sakinləri Hüseynov Tamerlan Oqtay oğlu, Mövsümov Ramil Pünhan oğlu və Rəsulov Ramil Məlik oğlu şübhəli şəxs qismində saxlanılıb. Onlar istintaqa verdikləri ifadələrdə qabaqcadan əlbir olaraq özgəsinin əmlakını gizli yolla talamaq qərarına gəldiklərini və həmin mağazadan oğurluq hadisəsi törətdiklərini etiraf ediblər. Onlar bu il fevralın 1-də isə Göyçay şəhərinin Ə. Kərim küçəsində yerləşən Taleh Muradov və Elçin İbadova məxsus iki mağazadan ümumilikdə 800 manat pul və ərzaq malları oğurlayıblar. Hazırda onların başqa oğurluq hadisələrində iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR